# "Barselona"nın hücumçusu klubu tərk edir

**Mehman Mirzəzadə** · *2024-08-30T12:30:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/barselonanin-hucumcusu-klubu-terk-edir/38514)

![&quot;Barselona&quot;nın hücumçusu klubu tərk edir](https://operativmm.az/storage/posts/cc4c403463c3b5d.webp)

> "Jirona" 21 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Forvardın transfer qiyməti 25 milyon avro olaraq qiymətləndirilir və onun "blauqrana" ilə...

---

"Barselona"nın hücumçusu Ansu Fati yay transfer pəncərəsinin son günündə komandasını dəyişə bilər.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) “Todofichajes” portalına istinadən xəbər verir ki, "Jirona" 21 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Forvardın transfer qiyməti 25 milyon avro olaraq qiymətləndirilir və onun "blauqrana" ilə müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatır.

Ötən mövsüm hücumçu İngiltərənin "Brayton" klubunda icarə əsasında çıxış edib.

Fati Premyer Liqada 19 matçda iştirak edib, iki qol vurub.

---

Tags: #transfer #premyerliqa #todofichajes #ansu #fati

Source: https://operativmm.az/az/post/barselonanin-hucumcusu-klubu-terk-edir/38514
