# “Barselona” gənc ulduzunu satacaq

**OMM Redaksiyası** · *2023-03-28T16:26:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/barselona-genc-ulduzunu-satacaq/4459)

![“Barselona” gənc ulduzunu satacaq](https://operativmm.az/storage/posts/a04cf7168392724.webp)

> Kataloniya klubu hələ də 20 yaşlı futbolçunun potensialını yüksək qiymətləndirir. Bununla belə, maddi sıxıntılar səbəbindən onun satışı məqsədəuyğun...

---

**“Barselona” yayda hücumçusu Ansu Fatini satacaq.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, Kataloniya klubu hələ də 20 yaşlı futbolçunun potensialını yüksək qiymətləndirir. Bununla belə, maddi sıxıntılar səbəbindən onun satışı məqsədəuyğun hesab edilir.

Fatinin 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsində 1 milyard avroluq sərbəst qalma maddəsi var. Bu mövsüm o, “Barselona”nın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, altı qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

---

Tags: #satışı #yayda #ansu #sıxıntılar

Source: https://operativmm.az/az/post/barselona-genc-ulduzunu-satacaq/4459
