# Bakıda I yarımildə 26 milyard manatlıq sənaye məhsulu istehsal olunub

**Mehman Mirzəzadə** · *2024-08-10T18:21:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/bakida-i-yarimilde-26-milyard-manatliq-senaye-mehsulu-istehsal-olunub/37201)

![Bakıda I yarımildə 26 milyard manatlıq sənaye məhsulu istehsal olunub](https://operativmm.az/storage/posts/9b7831fde347377.webp)

> Bu ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 26,3 milyard manat təşkil edib. Bu...

---

Bu ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 26,3 milyard manat təşkil edib.

Bu barədə ["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az)-ə Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.

Məlumata görə, sənaye məhsulunun 76,4 %-i mədənçıxarma, 20,5 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,8 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2024-cü il vəziyyətinə 512 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış, satış üçün nəzərdə tutulmuş 40,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

---

Tags: #milyonmanat #sənaye #istehsal #payı

Source: https://operativmm.az/az/post/bakida-i-yarimilde-26-milyard-manatliq-senaye-mehsulu-istehsal-olunub/37201
