# Bakı və Sumqayıtda pensiyalar sabah ödənilir

**Aidə Qurbanlı** · *2026-04-13T11:45:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/baki-ve-sumqayitda-pensiyalar-sabah-odenilir/70217)

![Bakı və Sumqayıtda pensiyalar sabah ödənilir](https://operativmm.az/storage/posts/baki-ve-sumqayitda-pensiyalar-sabah-odenilir-27d09c.webp)

> DSMF-dən rəsmi xəbər: Aprelin 14-də Abşeron sakinləri üçün vəsaitlər hesablara köçürülür. Güzəştli şərtlərlə təqaüd alanlar üçün ödəniş qrafiki ilə tanış olun.

---

**Aprel ayı üzrə pensiyaların ödəniş tarixi** məlum olub.

**Bakı və Sumqayıt şəhərləri**, eləcə də **Abşeron rayonu** üzrə pensiyaların **aprelin 14-də** ödənilməsi nəzərdə tutulub.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) xəbər verir ki, bu barədə rəsmi məlumatı **Dövlət Sosial Müdafiə Fondu** yayıb.

Qeyd edək ki, **güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin** pensiyaları bu ay da əvvəlcədən müəyyən edilmiş **qrafik üzrə** ödəniləcək.

---

Tags: #təqaüd #bakı #sosialmüdafiə #vəsait #pensiyalar #abşeron #dsmf

Source: https://operativmm.az/az/post/baki-ve-sumqayitda-pensiyalar-sabah-odenilir/70217
