# Azərbaycanın 369 şagirdi ABŞ-da olimpiadada iştirak edəcək

**Ayşə Aslan** · *2023-03-01T14:43:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/azerbaycanin-369-sagirdi-abs-da-olimpiadada-istirak-edecek/2334)

![Azərbaycanın 369 şagirdi ABŞ-da olimpiadada iştirak edəcək](https://operativmm.az/storage/posts/57799a22963bb6e.webp)

> Bakı Ali Neft Məktəbində “Global Olimpic Center”in təşkilatçılığı ilə ABŞ-ın FİSO olimpiadasının ingilis dili üzrə Azərbaycan mərhələsinin qalibləri...

---

Azərbaycandan 369 şagird ABŞ-da olimpiadada iştirak edəcək.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, Bakı Ali Neft Məktəbində “Global Olimpic Center”in təşkilatçılığı ilə ABŞ-ın FİSO olimpiadasının ingilis dili üzrə Azərbaycan mərhələsinin qalibləri mükafatlandırılıb.

700 qədər şagird arasında təşkil edilən olimpiadanın 369 nəfər qalıb adını qazanıb.

BANM-ın rektoru Elmar Qasımov tədbirdə çıxış edib, şagirdləri və valideynlərini təbrik edib, qaliblərə uğurlar arzulayıb.

Qeyd edək ki, seçim turunda qalıb olan şagirdlər oktyabr ayında Azərbaycanı ABŞ-da təmsil edəcək.

---

Tags: #abş #neft #bakı #şagird #center

Source: https://operativmm.az/az/post/azerbaycanin-369-sagirdi-abs-da-olimpiadada-istirak-edecek/2334
