# Azərbaycanda Fondlar Fondu yaradılır: Prezident fərman imzaladı

**Aidə Qurbanlı** · *2026-02-27T14:21:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/azerbaycanda-fondlar-fondu-yaradilir-prezident-ferman-imzaladi/67958)

![Azərbaycanda Fondlar Fondu yaradılır: Prezident fərman imzaladı](https://operativmm.az/storage/posts/azerbaycanda-fondlar-fondu-yaradilir-prezident-ferman-imzala-06bce6.webp)

> İlham Əliyevin təsdiqlədiyi fərmanla vençur kapitalı və startaplara investisiya üçün yeni mexanizm qurulur. 2026-2028-ci illərin maliyyə detalları xəbərimizdə.

---

**Azərbaycanda** yerli və beynəlxalq vençur kapitalı fondlarından ibarət birgə **"Fondlar Fondu"nun** yaradılması nəzərdə tutulur.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) xəbər verir ki, bu mühüm qərar **Prezident İlham Əliyevin** bu gün təsdiqlədiyi **"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda** öz əksini tapıb.

Təsdiqlənmiş sənədə əsasən, yaradılacaq qurum ölkədəki **startap ekosisteminə** birbaşa investisiya qoyuluşunu həyata keçirəcək.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi isə **dövlət büdcəsi** və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

---

Tags: #ilhaməliyev #prezident #fərman #fond #mexanizm

Source: https://operativmm.az/az/post/azerbaycanda-fondlar-fondu-yaradilir-prezident-ferman-imzaladi/67958
