# Azərbaycan Prezidenti: COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik

**Mehman Mirzəzadə** · *2025-03-13T11:15:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/azerbaycan-prezidenti-covid-dovrunde-80-den-artiq-olkeye-komek-etdik/49898)

![Azərbaycan Prezidenti: COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik](https://operativmm.az/storage/posts/9968ee608d688d4.webp)

> Biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik, təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək...

---

Biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik, təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.

Dövlət başçısı qeyd edib: “Eyni zamanda, biz Avropadakı tərəfdaşlar ilə fəal əlaqələri saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi”.

---

Tags: #azərbaycanprezidenti #ilhaməliyev #covid #sədrlik

Source: https://operativmm.az/az/post/azerbaycan-prezidenti-covid-dovrunde-80-den-artiq-olkeye-komek-etdik/49898
