# Azərbaycan millisi Qazaxıstana qalib gəldi

**Afət Ziyadqızı** · *2025-10-27T15:46:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/azerbaycan-millisi-qazaxistana-qalib-geldi/61810)

> Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv yenidən Qazaxıstan seçməsi ilə qarşılaşıb. Şımkənt şəhər stadionunda təşkil olunan oyun yığmamızın...

---

**Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv yenidən Qazaxıstan seçməsi ilə qarşılaşıb.

Şımkənt şəhər stadionunda təşkil olunan oyun yığmamızın minimal hesablı qələbəsi ilə bitib. Qarşılaşmada yeganə qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk matçda da Azərbaycan millisi qalib gəlmişdi. Həmin qarşılaşma 2:1 hesabı ilə başa çatmışdı.

---

Tags: #azərbaycan #başməşqçisi #məşq #yoldaşlıq

Source: https://operativmm.az/az/post/azerbaycan-millisi-qazaxistana-qalib-geldi/61810
