# Azərbaycan millisi bu gün yoldaşlıq görüşündə Latviya ilə qarşılaşacaq

**Mehman Mirzəzadə** · *2025-06-07T09:44:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/azerbaycan-millisi-bu-gun-yoldasliq-gorusunde-latviya-ile-qarsilasacaq/54303)

![Azərbaycan millisi bu gün yoldaşlıq görüşündə Latviya ilə qarşılaşacaq](https://operativmm.az/storage/posts/ab4d3a295c81773.webp)

> Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununa çıxacaq. Yığma səfərdə Latviya ilə qarşılaşacaq. Riqa şəhərindəki "Skonto" stadionunda təşkil...

---

Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununa çıxacaq.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, yığma səfərdə Latviya ilə qarşılaşacaq. Riqa şəhərindəki "Skonto" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qarşılaşmanı maltalı Trustin Farruca Kann idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıda digər yoldaşlıq görüşündə Macarıstanı qəbul edəcək.

---

Tags: #azərbaycan #futbol #latviya #yoldaşlıq #yığma #riqa

Source: https://operativmm.az/az/post/azerbaycan-millisi-bu-gun-yoldasliq-gorusunde-latviya-ile-qarsilasacaq/54303
