# Azərbaycan millisi 2025-ci ildəki ilk oyununda Haiti ilə qarşılaşacaq

**Mehman Mirzəzadə** · *2025-03-22T09:24:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/azerbaycan-millisi-2025-ci-ildeki-ilk-oyununda-haiti-ile-qarsilasacaq/50411)

![Azərbaycan millisi 2025-ci ildəki ilk oyununda Haiti ilə qarşılaşacaq](https://operativmm.az/storage/posts/09d00b910d1343e.webp)

---

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.

Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Matç saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək.

22 mart

21:45 Azərbaycan – Haiti

Baş hakim: Kadir Sağlam

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta

Dördüncü hakim: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

---

Tags: #azərbaycan #fərid #sumqayıt #hacıyev #haiti

Source: https://operativmm.az/az/post/azerbaycan-millisi-2025-ci-ildeki-ilk-oyununda-haiti-ile-qarsilasacaq/50411
