# Azərbaycan İƏT-ə sədrlik edəcək

**Mehman Mirzəzadə** · *2025-02-13T10:33:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/azerbaycan-islam-emekdasliq-teskilatina-sedrlik-edecek/48404)

![Azərbaycan İƏT-ə sədrlik edəcək](https://operativmm.az/storage/posts/e35f6637e35b933.webp)

---

Azərbaycan 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcək.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az)-in əldə etdiyi məlumata görə, sədrlik 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək.

Xatırladaq ki, 2024-cü il mayın 4-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.

---

Tags: #azərbaycan #islaməməkdaşlıqtəşkilatı #sədrlik #sammiti

Source: https://operativmm.az/az/post/azerbaycan-islam-emekdasliq-teskilatina-sedrlik-edecek/48404
