# ATƏT sədrinin Gürcüstana səfəri başlayıb

**Ayşə Aslan** · *2023-04-10T12:29:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/atet-sedrinin-gurcustana-seferi-baslayib/5437)

![ATƏT sədrinin Gürcüstana səfəri başlayıb](https://operativmm.az/storage/posts/90180df4661db50.webp)

> Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin Gürcüstana...

---

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin Gürcüstana səfəri başlayıb.

 ["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, o bu barədə tviterdə yazıb.

“Cənubi Qafqaza səfərimə Tbilisidən başlayıram. Müzakirələri səbirsizliklə gözləyirəm”, - deyə B.Osmani qeyd edib.

O bildirib ki, prioritet milli hakimiyyət orqanları və vətəndaş cəmiyyətləri ilə işdir: “ATƏT 2008-ci ildə baş vermiş münaqişənin nəticələrinin həllində yaxından işləməyə davam edəcək”.

Qeyd edək ki, B.Osmani növbəti günlərdə Azərbaycan və Ermənistana da səfər edəcək.

---

Tags: #xin #atət #bujar #osmani

Source: https://operativmm.az/az/post/atet-sedrinin-gurcustana-seferi-baslayib/5437
