# ATƏT sədri Bayramov və Mirzoyan ilə görüşüb

**Mehman Mirzəzadə** · *2023-09-20T10:49:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/atet-sedri-bayramov-ve-mirzoyan-ile-gorusub/17523)

![ATƏT sədri Bayramov və Mirzoyan ilə görüşüb](https://operativmm.az/storage/posts/aa3d1b4db817eba.webp)

---

Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ayrı-ayrılıqda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər veirr ki, o, bu barədə “X” hesabında yazıb.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrı görüşlər keçirdim. Konstruktiv və əhatəli dialoqun davamlı sülhə aparan yeganə yol olduğunu vurğuladım”, - paylaşımda qeyd olunub.

---

Tags: #azərbaycan #xin #ceyhunbayramov #atət #mirzoyan #osmani #buyar

Source: https://operativmm.az/az/post/atet-sedri-bayramov-ve-mirzoyan-ile-gorusub/17523
