# Argentina Burkina-Fasonu 7:0 hesabı ilə məğlub etdi

**OMM Redaksiyası** · *2026-10-04T06:20:26+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/argentina-burkina-fasonu-70-hesabi-ile-meglub-etdi/80861)

![Argentina Burkina-Fasonu 7:0 hesabı ilə məğlub etdi](https://operativmm.az/storage/posts/argentina-burkina-fasonu-70-hesabi-ile-meglub-etdi-f1ff3b.webp)

> Argentina yığması yoxlama oyununda Burkina-Faso üzərində böyükhesablı qələbə qazanıb. İlk hissədə beş qol vuran argentinalılar matçı 7:0 hesabı ilə başa vurublar.

---

Argentina millisi oktyabrın 4-də Buenos-Ayresdə Burkina-Faso yığması ilə yoxlama oyunu keçirib. “Monumental” stadionunda baş tutan qarşılaşma argentinalıların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Argentina ilk hissədə beş qol vurub. Lautaro Martinez 4-cü, Canluka Prestiani 12-ci, Nikolas Pas 35-ci, Xulian Alvares isə 36-cı dəqiqədə fərqlənib. 8-ci dəqiqədə Burkina-Faso müdafiəçisi Mumuni Diallonun öz qapısına vurduğu qol hesabı 2:0 edib.

İkinci hissədə Franko Mastantuono 57-ci dəqiqədə, Culiano Simeone isə əlavə olunmuş 3-cü dəqiqədə qollara imza atıb. Matçın baş hakimi çilili Xose Kabrero olub.

Argentina yığması növbəti yoxlama oyununu oktyabrın 7-də evdə Benin millisinə qarşı keçirəcək. Bakı vaxtı ilə saat 03:00-da başlayacaq görüşdən sonra Burkina-Faso komandası noyabr ayınadək oyun keçirməyəcək.

---

Tags: #Argentinamillisi #Monumentalstadionu

Source: https://operativmm.az/az/post/argentina-burkina-fasonu-70-hesabi-ile-meglub-etdi/80861
