# “Apple” ən böyük smartfon istehsalçıları siyahısında ikinci yerə düşüb

**Mehman Mirzəzadə** · *2024-04-15T07:25:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/apple-en-boyuk-smartfon-istehsalcilari-siyahisinda-ikinci-yere-dusub/30313)

![“Apple” ən böyük smartfon istehsalçıları siyahısında ikinci yerə düşüb](https://operativmm.az/storage/posts/b975f4191a447af.webp)

> 2024-cü ilin birinci rübündə “Apple” smartfonlarının tədarükü təxminən 10 % azalıb. Bu barədə IDC araşdırma şirkəti bildirib. “Apple” ən böyük...

---

2024-cü ilin birinci rübündə “Apple” smartfonlarının tədarükü təxminən 10 % azalıb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) “Reuters”ə istinadən xəbər verir ki, bu barədə IDC araşdırma şirkəti bildirib.

“Apple” ən böyük istehsalçılar reytinqində birinci yeri “Samsung”a uduzaraq yenidən ikinci yerə düşüb. Amerika korporasiyası 2023-cü ilin yekununda Cənubi Koreya şirkətini geridə qoymuşdu.

2024-cü ilin yanvar-mart aylarında qlobal smartfon tədarükü 7,8 % artaraq 289,4 milyon ədədə çatıb. “Samsung”un payı 20,8 %, “Apple” – 17,3 %, “Xiaomi” – 14,1 % təşkil edib.

İlin əvvəlində yeni flaqman modeli “Galaxy S24”ü təqdim edən “Samsung” ilk rübdə 60 milyondan çox smartfon tədarük edib. “Apple” bir il əvvəlki 55,4 milyon qarşı 50,1 milyon satıb.

---

Tags: #cənubikoreya #apple #yerə #samsung #ədədə #smartfon

Source: https://operativmm.az/az/post/apple-en-boyuk-smartfon-istehsalcilari-siyahisinda-ikinci-yere-dusub/30313
