# Alen Simonyan Sahibə Qafarova ilə görüşəcək: Rəsmi anons

**OMM Redaksiyası** · *2026-04-14T12:13:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/alen-simonyan-sahibe-qafarova-ile-gorusecek-resmi-anons/70304)

![Alen Simonyan Sahibə Qafarova ilə görüşəcək: Rəsmi anons](https://operativmm.az/storage/posts/alen-simonyan-sahibe-qafarova-ile-gorusecek-resmi-anons-65b790.webp)

> İstanbulda Ermənistan spikeri ilə mühüm danışıqlar olacaq. Parlamentlərarası İttifaqın toplantısında Şalva Papuaşvili ilə də təmaslar gözlənilir. Aprel görüşünün detalları və heyəti.

---

**Ermənistan parlamentinin spikeri Alen Simonyan** azərbaycanlı həmkarı **Sahibə Qafarova** ilə **İstanbulda** baş tutacaq görüşünü anons edib.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin sədri jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüş **aprelin 15-dən 19-dək** keçiriləcək **Parlamentlərarası İttifaqın 152-ci Assambleyası** çərçivəsində baş tutacaq. "Bir neçə gündən sonra **İstanbula** yola düşəcəyəm. **Azərbaycan** (**Sahibə Qafarova** - red.) və **Gürcüstan** (**Şalva Papuaşvili** - red.) parlamentlərinin rəhbərləri ilə görüş planlaşdırılıb", - deyə **Alen Simonyan** qeyd edib.

Daha əvvəl məlumat verilmişdi ki, **Ermənistan** nümayəndə heyətinin tərkibinə həmçinin deputatlar **Sarkis Xandanyan**, **Tsovinar Vardanyan** və **Asmik Akopyan** daxil olacaq.

---

Tags: #ermənistan #sahibəqafarova #nümayəndəheyəti #spiker #alen #simonyan #şalva #anons

Source: https://operativmm.az/az/post/alen-simonyan-sahibe-qafarova-ile-gorusecek-resmi-anons/70304
