# Aİ silah-sursat istehsalını artırmaq istəyir

**Mehman Mirzəzadə** · *2023-05-03T15:28:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/ai-silah-sursat-istehsalini-artirmaq-isteyir/7590)

![Aİ silah-sursat istehsalını artırmaq istəyir](https://operativmm.az/storage/posts/5f28f4542d7bc89.webp)

> Avropa Birliyinin Sənaye komissarı Thierry Breton, Brüsseldə keçirdiyi mətbuat konfransında, Ukraynaya göndərilən sursatlar səbəbiylə azalan silah...

---

Avropa İttifaqı üzv ölkələrdə hərbi sursat istehsalını artırmaq üçün şirkətlərə 500 milyon avro maliyyə dəstəyi verməyə hazırlaşır.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyinin Sənaye komissarı Thierry Breton, Brüsseldə keçirdiyi mətbuat konfransında, Ukraynaya göndərilən sursatlar səbəbiylə azalan silah ehtiyatlarını gücləndirmək üçün hazırlanan təklifi açıqlayıb.

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Avropa ölkələrinin Ukraynaya əhəmiyyətli miqdarda sursat təmin etdiyini xatırladan Breton, Ukraynaya top mərmilərinin göndərilməsinin vacibliyinə diqqət çəkib.

Aİ Ukraynaya 1 il ərzində 1 milyon top gülləsi verməyi planlaşdırır.

---

Tags: #sursat #avropaittifaqı #mətbuatkonfransı #silah #breton

Source: https://operativmm.az/az/post/ai-silah-sursat-istehsalini-artirmaq-isteyir/7590
