# Abşeronda üç avtomobil külə dönüb

**Mehman Mirzəzadə** · *2024-03-24T13:41:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/abseronda-uc-avtomobil-kule-donub/29036)

![Abşeronda üç avtomobil külə dönüb](https://operativmm.az/storage/posts/4a62f3de868116d.webp)

> Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib....

---

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markalı yük avtomobili, "Toyota" və “Kia” markalı iki minik avtomobilinin yanar hissələri yanıb. Bitişik Sex yanğından mühəfizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---

Tags: #avtomobil #yanar #abşeron #tikilən #külə #ford

Source: https://operativmm.az/az/post/abseronda-uc-avtomobil-kule-donub/29036
