# ABŞ təyyarədaşıyan gəmisi Aralıq dənizini tərk edib

**Afət Ziyadqızı** · *2024-01-06T16:00:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/abs-teyyaredasiyan-gemisi-araliq-denizini-terk-edib/23620)

![ABŞ təyyarədaşıyan gəmisi Aralıq dənizini tərk edib](https://operativmm.az/storage/posts/881a63f7eab0d0c.webp)

> ABŞ-ın “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu 2023-cü ilin iyun ayından bəri əməliyyatlar apardığı Aralıq...

---

ABŞ-ın “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu 2023-cü ilin iyun ayından bəri əməliyyatlar apardığı Aralıq dənizini tərk edib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı donanmasının məlumatında deyilir.

Pentaqon rəhbəri Lloyd Ostin Yaxın Şərqdəki münaqişə səbəbindən təyyarədaşıyan zərbə qrupunun Aralıq dənizinin şərqində yerləşdirilməsi müddətini bir neçə dəfə, o cümlədən yanvarın ortalarında uzadıb.

İlkin plana görə, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi “USS Dwight D. Eisenhower”i əvəz etməli idi, lakin oktyabrın 17-də Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh hər iki gəminin Yaxın Şərq bölgəsində saxlanılması qərarını açıqlayıb.

---

Tags: #abş #zərbə #ford #gerald #təyyarədaşıyan

Source: https://operativmm.az/az/post/abs-teyyaredasiyan-gemisi-araliq-denizini-terk-edib/23620
