# ABŞ-nin təyyarədaşıyan gəmisi Qırmızı dənizə daxil olub

**Mehman Mirzəzadə** · *2024-01-06T08:00:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/abs-nin-teyyaredasiyan-gemisi-qirmizi-denize-daxil-olub/23587)

![ABŞ-nin təyyarədaşıyan gəmisi Qırmızı dənizə daxil olub](https://operativmm.az/storage/posts/25fcb5f7ed33b03.webp)

> “USS Dwight Eisenhower” gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu Qırmızı dənizə daxil olub. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə,...

---

“USS Dwight Eisenhower” gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu Qırmızı dənizə daxil olub.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az)-in məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz İnstitutu məlumat yayıb. İndi gəmi Yəmən sahillərində yerləşir.

Qrup müxtəlif təyinatlı 90-a qədər təyyarə daşımağa qadir olan təyyarədaşıyan gəminin özündən, həmçinin bir “Ticonderoga” sinfinə aid raket kreyseri və 5 “Arleigh Burke” sinfinə aid esminesdən ibarətdir. Bundan əlavə, gəminin Los Angeles sinifli hücum sualtı qayığı müşayiət edir.

Bundan əvvəl ABŞ-nin təyyarədaşıyan gəmisi Ədən körfəzində idi.

---

Tags: #abş #ədən #təyyarədaşıyan

Source: https://operativmm.az/az/post/abs-nin-teyyaredasiyan-gemisi-qirmizi-denize-daxil-olub/23587
