# ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib

**Mehman Mirzəzadə** · *2024-05-06T12:55:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/abs-nin-azerbaycandaki-sefiri-susaya-sefer-edib/31537)

![ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib](https://operativmm.az/storage/posts/c35fec770bb8a83.webp)

> ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər edib. Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, səfir Mark Libbi və Danusia...

---

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər edib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, səfir Mark Libbi və Danusia Libbi bu gün Füzuli və Şuşaya səfər ediblər:

"Səfir hökumət nümayəndələri ilə, səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak etmiş yerli təhsil işçiləri ilə görüşəcək, həmçinin Şuşa qalasını, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Vaqif məqbərəsini və Cıdır düzünü ziyarət edəcək".

---

Tags: #abş #şuşa #hökumət #ingilis #mark #libbi

Source: https://operativmm.az/az/post/abs-nin-azerbaycandaki-sefiri-susaya-sefer-edib/31537
