# ABŞ NATO-nun daim genişlənən bir ittifaq kimi qəbul edilməsinə son qoymaq istəyir

**Afət Ziyadqızı** · *2025-12-05T13:25:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/abs-nato-nun-daim-genislenen-bir-ittifaq-kimi-qebul-edilmesine-son-qoymaq-isteyir/63817)

![ABŞ NATO-nun daim genişlənən bir ittifaq kimi qəbul edilməsinə son qoymaq istəyir](https://operativmm.az/storage/posts/cbaedb817ca5352.webp)

> Birləşmiş Ştatlar NATO-nun daim genişlənən bir ittifaq kimi qəbul edilməsini dayandırmasını istəyir. Bu barədə Ağ Evin dərc etdiyi ABŞ Milli Təhlükəsizlik...

---

**Birləşmiş Ştatlar NATO-nun daim genişlənən bir ittifaq kimi qəbul edilməsini dayandırmasını istəyir.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi ABŞ Milli Təhlükəsizlik Strategiyasında deyilir:

"Avropa ilə bağlı ümumi siyasətimiz prioritet olmalıdır: Avropada sabitlik şəraitinin və Rusiya ilə münasibətlərdə strateji sabitliyin bərpası; Avropanın öz ayaqları üzərində dayanmasına və ardıcıl suveren dövlətlər qrupu kimi fəaliyyət göstərməsinə imkan yaratmaq, o cümlədən heç bir düşmən gücün üstünlüyü olmadan öz müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməklə".

Strategiyada həmçinin qeyd olunur ki, uzunmüddətli perspektivdə NATO üzvlərinin əksəriyyəti qeyri-Avropa ölkələri olacaq.

---

Tags: #abş #avropaittifaqı #nato #ştat #daim #ittifaq

Source: https://operativmm.az/az/post/abs-nato-nun-daim-genislenen-bir-ittifaq-kimi-qebul-edilmesine-son-qoymaq-isteyir/63817
