# ABŞ Haitiyə uçuşları qadağan edib

**Mehman Mirzəzadə** · *2024-11-13T01:42:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/abs-haitiye-ucuslari-qadagan-edib/43191)

![ABŞ Haitiyə uçuşları qadağan edib](https://operativmm.az/storage/posts/448ab37004d2caa.webp)

> ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Haitidə iki təyyarənin hücuma məruz qalması səbəbindən ABŞ mülki təyyarələrinin bu ölkəyə uçmasını 30 gün...

---

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Haitidə iki təyyarənin hücuma məruz qalması səbəbindən ABŞ mülki təyyarələrinin bu ölkəyə uçmasını 30 gün müddətinə qadağan edib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az)-in məlumatına görə, bu barədə "ABC News" məlumat yayıb.

“ABŞ mülki aviasiyasının Haiti ərazisi və hava məkanında 10 min futdan (3048 metr) az hündürlükdə uçuşları qadağan ediləcək”, - deyə telekanal bildirib.

Xatırladaq ki, Fort Lauderdeyldən (Florida) uçan "Spirit Airlines" təyyarəsi Haitinin paytaxtında eniş etmək istəyərkən vurulduqdan sonra Dominikan Respublikasına yönləndirilib.

---

Tags: #abş #federal #haiti #abc

Source: https://operativmm.az/az/post/abs-haitiye-ucuslari-qadagan-edib/43191
