# 900 minədək təyinat proaktiv qaydada həyata keçirilib

**Mehman Mirzəzadə** · *2025-03-27T11:15:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/900-minedek-teyinat-proaktiv-qaydada-heyata-kecirilib/50513)

![900 minədək təyinat proaktiv qaydada həyata keçirilib](https://operativmm.az/storage/posts/3de2f08a0f55e82.webp)

---

Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 2019-cu ilin əvvəlindən bu ilin martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

Xatırladaq ki, nazirlik 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırıb.

---

Tags: #müavinət #təqaüd #təyinat #sosialmüdafiə #proaktiv #minədək

Source: https://operativmm.az/az/post/900-minedek-teyinat-proaktiv-qaydada-heyata-kecirilib/50513
